AZ

Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"

“İnzibati xətalar məcəlləsində yenilik ondan ibarət oldu ki, sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə saxlanılan şəxs əvvəl 100 manat cərimələnirdisə, indi 200 manat cərimələnəcək. İl ərzində təkrar bu əməli törədərsə, 300 manat cərimələnəcək. Amma sürücülük hüququ məhdudlaşdırılmış şəxs bunu törədərsə, 400 manat cərimə olunacaq. Bu cür cərimələr tətbiq edilir. Bəzi insanlar da var ki, sürücülük vəsiqəsi almadan maşın sürməyə başlayır”
 
Bu sözləri Moderator.az-a açıqlamasında Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. 
 
 
 
“Elə insanlar var ki, sürücülük hüququ məhdudlaşdırılıb və yaxud da sürücülük vəsiqəsinin vaxtı bitib, amma vətəndaşın bundan məlumatı olmur və nəticədə boş-boşuna cəzalanmış olur. Ona görə də mən Dövlət Yol Polisinə , ASAN xidmətə çağırış edirəm. Daxili işlər Nazirliyi vasitəsi və dəstəyi ilə birlikdə bir  sistem qursunlar. Mən əminəm ki, Daxili işlər Nazirliyinin İT xidməti buna hazırdır. Vətəndaşların sürücülük hüququnun bitməsinə 1 ay qalmış sms məlumatlandırma xidməti göstərilsin. Vətəndaş da 1 ay ərzində sözsüz ki, vaxt edib vəsiqəni yeniləyəcək. 
Necə olur ki, icbari sığortanın bitməsinə,  texniki baxışın müddətinin bitməsinə 1 ay qalmış mesaj alırıq, amma sürücülük vəsiqəsi 10 il müddətində verilir və vətəndaş da bu 10 ilin günlərini hər gün oturub, saya bilmir. Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır ki? Mesaj gəlməsə, heç birimiz xatırlamırıq. 
Sürücülük vəsiqəsi ilə də bağlı məlumat, bildiriş göndərilsin ki, vətəndaş xəbərdar olsun. Bu gün elə insanlar var ki, heç nədən 200 manat cərimələnir. Məsələn, Yol Polisi saxlayır və görür ki, 2 ay əvvəl sürücülük vəsiqəsinin vaxtı bitib. 200 manat cərimə yazacaq. Əvvəl 100 idi, 200 olacaq”.
 
Nərminə Kamal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
moderator.az

10Mənbələr