AZ

“Müharibə mütləq bitəcək” - Budanov

Ukraynada Rusiyanın başlatdığı müharibə bitəcək. 

“AzPolitika”Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məzunlar qarşısında çıxışı zamanı deyib. Lakin o, bunun konkret olaraq nə zaman baş verəcəyini söyləməyib.

Onun sözlərinə görə, hazırda Ukraynada dövlətin və bütövlükdə bəşəriyyətin tarixi üçün həlledici nəticələr verəcək qlobal məsələlər həll olunur: “Müharibə mütləq bitəcək. Bu, təbii prosesdir. Sonra qarşımızda daha vacib və daha mürəkkəb olan başqa vəzifələr də görünəcək”.

Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, “istənilən irəliləyiş müqavimətlə qarşılaşır” və onun fikrincə, bu, normaldır: “Biz varıq və həmişə də olacağıq. Bütün düşmənlərə qalib gələcəyik”.

Məlum olduğu kimi, Kirill Budanov Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişinə dair müxtəlif proqnozları ilə tanınır. Lakin Baş Kəşfiyyat İdarəsinin rəisinin bəzi proqnozları özünü doğrultmayıb. Məsələn, o, demişdi ki, Ukrayna ordusu 2023-cü ilin yazının sonuna qədər Krıma daxil ola biləcək. Bu proqnoz özünü doğrultmadıqda isə “Ukrayna qrafikdən kənara çıxıb”, - deyə bildirmişdi.

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
34
azpolitika.info

10Mənbələr