AZ

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub

Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib.

Bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb.

 

Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir.

Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
328
50
azerforum.com

10Mənbələr