AZ

Basketbol millilərimiz Avropa çempionatında final oyunlarına çıxacaqlar » AzadMedia.az


Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda bu gün final matçlarına çıxacaqlar.

Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın həlledici mərhələsində ev sahibi yığma ilə üz-üzə gələcək.

Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda Lüksemburqun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 21:30-da və 21:00-da start götürəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
21
azadmedia.az

10Mənbələr