AZ

KomandaAvropa çempionatı: Azərbaycanın basketbol milliləri final oyunlarına çıxacaqlar

Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda bu gün final matçlarına çıxacaqlar."Far.Az"un məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın həlledici mərhələsində ev sahibi yığma ilə üz-üzə gələcək. Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda Lüksemburqun müqavimətini qırmağa çalışacaq. Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 21:30-da və 21:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
21
far.az

10Mənbələr