AZ

Türkiyə ordusu İraq və Suriyanın şimalında 16 terrorçunu zərərsizləşdirib

Türkiyə

Ankara, 28 iyul, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü İraq və Suriyanın şimal rayonlarında 16 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, zərbələr silahlıların İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrinə, həmçinin Suriyada “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına endirilib.

“İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
9
azertag.az

10Mənbələr