AZ

Türkiyə ordusu daha 16 terrorçunu MƏHV ETDİ

Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü İraq və Suriyanın şimal rayonlarında 16 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, zərbələr silahlıların İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrinə, həmçinin Suriyada "Fərat Qalxanı" antiterror əməliyyatı zonasına endirilib.

"İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək", - deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
9
milli.az

10Mənbələr