AZ

Paris-2024: Atıcımız 24-cü olub

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub. 571 xal toplayan idmançı final mərhələsinə yüksələ bilməyib.

Ruslan daha sonra 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
23
cbcsport.az

10Mənbələr