AZ

Azərbaycanın daha bir idmançısından Paris-2024-də uğursuz başlanğıc

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

“Report”un məlumatına görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələ bilməyib.

İdmançı 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Xatırladaq ki, bu gün Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra və cüdomuz Leyla Əliyeva mübarizəyə başlayıblar. Hər iki idmançının çıxışı uğursuz olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
tribunainfo.az

10Mənbələr