AZ

Livandan İsrailə raket atıldı: Ölənlər var

İsrailin Colan təpələrində yerləşən Dürzilərin Məcdəl Şəms kəndinin atəşə tutulması nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Dmitri Qendelmanın ofisindəki müşaviri bəyanat verib.

Qendelman əlavə edib ki, İsrail baş verənlərə görə Livan və "Hizbullah" təşkilatı məsuliyyət daşıyır və onlara güclü cavab zərbəsi hazırlanır. "Hizbullah" isə öz növbəsində raketin buraxılışında əlinin olduğunu təkzib edib.

"Bu, ciddi eskalasiyadır, "Hizbullah" terror təşkilatının təcavüzüdür və İsrailin cavabı çox güclü olacaq - biz şimal sərhədində təhlükəsizliyin bərpası üçün bütün lazımi tədbirləri görəcəyik. Livan və İranın rəhbərliyi altında fəaliyyət göstərən "Hizbullah" terror təşkilatı aqressiya və onun nəticələrinə görə məsuliyyət daşıyırlar", - o yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
4
seher.media

10Mənbələr