AZ

Gəncədə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN Gəncə Regioal Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş avtomobilində təmir işləri apararkən barmağının mühərrikin içində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşa müvafiq köməklik göstərilərək xilas edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
oxu.az

10Mənbələr