AZ

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.Mediaxeberleri.Az xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib.Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzüb. Yekunda Selin Dionun ifasında Edit Piafın "Sevgidə himn" mahnısının müşayiəti ilə Teddi Riner və Mari-Jo Perak tərəfindən Olimpiya mənşəli yandırılıb.Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.26 iyul, 22:32Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.Oxu.Az xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.22:14Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.Tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.09:00Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.Planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutacaq.Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.Açılış mərasimi yerli vaxtla saat 19:30-da, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
15
mediaxeberleri.az

10Mənbələr