AZ

“Paris-2024”: Azərbaycan idmançılarının möhtəşəm paradı...- VİDEO

Image

Açılış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

Sena çayında gəmilərlə keçirilən paradda idmançılarımız 16-cı sırada yer alıblar.

Azərbaycan Bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.

NAMİQ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
39
baki-xeber.com

10Mənbələr