AZ

“Paris-2024”: Azərbaycan idmançılarının paradı olub

Açılış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

 

Senzor.az bildirir ki, Sena çayında baş tutan parada idmançılarımız 16-cı sırada qatılıblar.

 

Azərbaycan Bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

 

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. 

 

Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
39
senzor.az

10Mənbələr