AZ

ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin istefasını istəyir

Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir.

32gun.az bildirir ki, "Rasmussen Reports" sorğusuna görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir. 

Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırılmasının əleyhinə olub.

İyulun 21-də Bayden prezidentlik yarışından çəkildiyini elan etdi. O qeyd edib ki , hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı . Daha sonra ABŞ Seçki Komissiyası Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsi barədə bildiriş alıb. Eyni zamanda, Baydenin Respublikaçılar Partiyasından olan rəqibləri onu seçkilərdə iştirakdan imtina etdikdən sonra istefa verməyə çağırıblar

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
32gun.az

5Mənbələr