AZ

ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin istefasını istəyir - SORĞU

Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir. 

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, "Rasmussen Reports"un sorğusuna görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir.

Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırılmasının əleyhinə olub.

Qeyd edək ki, iyulun 21-də Bayden prezidentlik yarışından çəkildiyini elan edib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
redaktor.az

5Mənbələr