AZ

Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada bomba şoku yaşanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində Fransanın dəmiryol şəbəkəsində törədilən və dəmir yolunun işində problemlər yaradan yanğın hadisələrindən bir neçə saat sonra İsveçrə-Fransa sərhədində Bazel-Myluz Hava Limanından insanlar təhlükəsizlik səbəbi ilə təxliyə ediliblər.
Oxu.Az-ın Barrons.com-a istinadən xəbərinə görə, bu barədə "EuroAirport" şirkətinin saytından məlumat verilib.
"Təhlükəsizlik səbəbindən terminalın təxliyə edilməsi məcburiyyəti yaranıb və hazırda bağlıdır", - deyə saytda yazılıb.
Daha sonra dördilliyin ən mötəbər yarışının ev sahibinin İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu xəbəri verilib.
Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hava limanını tamamilə boşaldıblar. Yoxlanışlardan sonra günorta saatlarında aeroport yenidən sərnişinlərin ixtiyarına verilib.
Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
27
oxu.az

10Mənbələr