AZ

İdarə rəisini 190 min manata aldadan dostu həbs edildi

app.update_app_description



Bakıda dostuna qarşı 190 min manatlıq dələduzluq əməli törətməkdə təqsirləndirilən 1970-ci il təvəllüdlü İsmayıl Kərimov cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Məlum olub ki, İsmayıl yaxın dostu və hazırda dövlət qurumlarından birinin Hüquq İdarəsinin rəisi vəzifəsində çalışan İkram Səmədovu (şərti ad-soyadlı) aldadaraq 190 min manatını alıb. Belə ki, avtomobil və ev-alqı satqısı ilə məşğul olan İsmayıl ailəvi dostu olan İkramın Qış Parkının yaxınlığında ev almaq istədiyini bilib. O, dostuna həmin ərazidə aşağı qiymətə geniş sahəli mənzil ala biləcəyini deyib və hissə-hissə olmaqla 140 min manat pul alıb. Daha sonra vəzifəli şəxsin arvadına maşın almaq istədiyini öyrənən İsmayıl əlavə 50 min manat da alıb. Lakin o, daha sonra yalandan avtomobilin Gürcüstanda qəzaya düşdüyünü deyərək evlərin qiymətinin artdığını və maşına görə aldığı pulu evin ödənişinin üstünə gəldiyini deyib. Sonradan isə hər hansı evin alınmaması, ödəniş edilməməsi, nəticədə İsmayılın vəsaiti ələ keçirməsi məlum olub.
Bundan sonra İsmayıl digər cinayət əməli ilə bağlı həbs edilib. Vəzifəli şəxs cəzaçəkmə müəssisəsinə gedərək ona aldığı 190 min manata görə sənəd imzaladıb. Lakin bu da pulların geri alınmasına kifayət etməyib.
Ötən il azadlığa çıxan İsmayıl Kərimov barəsində bu dəfə keçmiş dostu İkramın şikayəti əsasında cinayət işi açılıb və bu ilin fevralın 3-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust tarixli hökmü ilə isə ona 8 il həbs cəzası verilib. Lakin törətdiyi əməlin vaxtı, həmin əməldən sonra başqa cinayətə görə məhkum edilməsi və sairə nəzərə alınaraq ona qəti olaraq 4 il həbs cəzası təyin olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
oxu.az

10Mənbələr