AZ

Azərbaycanda evlər nəyə görə bahalaşır? – İqtisadi ekspert açıqlayır

Azərbaycanda hər il artan daşınmaz əmlak qiymətləri bahalaşır. Əhalinin bütün zümrələrinin evlərlə təmin olunmasıda bəzi problemlər var. Bəs Azərbaycanda ev qiymətlərinin artması nə ilə bağlıdır?

Məsələ ilə bağlı Ednews-a danışan iqtisadi ekspert Eyyub Kərimli ölkədə daşınmaz əmlak qiymətlərinin artmasını müxtəlif amillərlə əlaqələndirib:

“Hesab edirəm ki, ölkədə daşınmaz əmlakın qiymətinin artması bir neçə amildən asılıdır. İlk öncə, əhali sayının artımı, urbanizasiya və əhalinin bir çox hissəsinin Bakı şəhərində məskunlaşıb iş fəaliyyəti göstərməsi kimi amillər təlabatı kəskin şəkildə artırır. İkinci məsələ isə insanlarımız bu məsələyə necə yanaşmasından asılıdır. Bizdə insanlar daha çox fərdi evlərdə yaşamağa yönəlirlərsə, bundan fərqli olaraq Avropada insanlar daha çox kirayə evlərdə yaşamağı üstün tuturlar.

Üçüncü amil isə, hazırda həm özəl, həm də dövlət sektorunda geniş ipoteka proqramlarının tətbiq edilməsidir ki, bu da öz növbəsində tələb yaradır. Bütün bunlar evləri daha əlçatan edir və bu da qiymətlərin bahalaşasına gətirib çıxarır. Bundan başqa, bizdə digər investisiya imkanları məhdud olduğundan əhali bəzən buna investisya mənbəyi kimi baxır. Bir çoxları evləri alıb daha baha qiymətə satmaqla və ya kirayə verib sabit investisiya ilə məşğul olurlar. 

Bütün bunlar əmlak bazarında mütəmadi qiymət artımına səbəb olur. Sözsüz ki, hal-hazırda əhalinin bütün zümrələrinin evlərlə təmin edilməsində bəzi problemlər var. Amma qeyd etdiyim kimi geniş ipoteka inkanları məhsuldarlığı artırıb. Fikrimcə bu, regionlarda da həyata keçirilərsə, imkanlar daha da artırıla bilər.”

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
ednews.net

10Mənbələr