AZ

24 yaşlı tələbə bəzi avtomobillərdən daha ucuz olan ada aldı - FOTOLAR

Finlandiyadan olan 24 yaşlı kollec tələbəsi Oliver Russell bu ilin mart ayında adı gizlilik səbəbi ilə açıqlanmayan ada satın alıb. 

 

Sfera.az bildirir ki, yarı amerikalı, yarı fin olan Oliver Russell və onun sevgilisi Helena Tomaszewska (Tomaşevskaya) adada müasir şəraiti olan ev və sauna tikməyi planlaşdırırlar.

 

Oliver Rassel adanı ilk görəndə ərazi ağ qarla örtülü olub. Qalın yağış paltarlarına bürünərək, o, sevgilisi ilə birlikdə Finlandiyadakı 178 000-dən çox adadan birinə - insan yaşamayan əraziyə çatmaq üçün donmuş göldən keçib.
 

36.000 dollara satışa çıxarılan ada, gənc oğlanın Finlandiyada yay tətili etmək kimi uşaqlıq arzusunu həyata keçirmək üçün bir fürsət olub. Rasselin dediyinə görə, daşınmaz əmlak agenti ona on ildir ki, kiçik torpaq sahəsinə ayaq basmadığını deyib. Mart ayında Rasselin 30.500 dollarlıq təklifi qəbul edilib. Oğlan adanı bəzi avtomobillərdən daha ucuz əldə etdiyinə təəccüblənib.
 

2,5 hektar ağaclarla əhatə olunmuş ada Helsinkidən avtomobillə üç saatlıq məsafədədir.


 

Tələbənin əksər dostları və qohumları onun adada daxma tikmək fikrini "dəlilik” hesab edirdilər. Russell adanı Tomaszewska ilə birlikdə ev və sauna tikmək niyyəti ilə alıb.
 

Qeyd edək ki, Finlandiyada hər iki nəfərə təxminən bir sauna düşür. Onlar adətən odun və ya elektriklə 212 dərəcə Fahrenheit istiliyinə qədər qızdırılan taxta daxmalara bənzəyirlər. Hər ikisi Helsinkidə universitet tələbə ikən tanış olan cütlüyün tikinti təcrübəsinin olmadığı nəzərə alınsa, bu, iddialı bir layihə hesab olunur.
 

Şəbəkədən kənar yaşayış və kabin tikintisi haqqında YouTube videolarına baxdıqdan sonra Russell və Tomaszewska öz baxışlarını reallaşdıra biləcəklərinə əmin olduqlarını bildirirlər. Amma hamı onlar kimi düşünmür.


“Əksər insanlar dedi ki, sən nə edirsən? Niyə belə edirsən? Bu, bir növ dəlilik kimi görünür. Amma özümü şanslı hiss edirəm”-deyə Russell bildirir.
 

Yayda Russell kiçik bir qayıqla adasına səyahət edir.


 

Şəxsi ada almaq Rasselin təsadüfən etdiyi bir şey deyil. Oğlan əsasən Kaliforniyanın Laquna-Biçində (ABŞ) böyüsə də, yayın çox hissəsini Finlandiyada ana tərəfdən olan qohumları ilə ünsiyyətdə keçirib. Böyüdükcə o gördü ki, finlərin çoxu ya göl kənarında tətil yerinin, ya da ki, isti aylarda həftələrlə balıq ovu, sörfinq və üzgüçülüklə məşğul olan bir yerin sahibidir.
 

Russell şəxsi təcrübəsindən bilirdi ki, Finlandiyadakı adalara materikdəki mülklərdən daha az tələbat var, çünki onlara çatmaq daha çətindir. O, adanı belə gənc yaşda maddi şəraitin uğurlu birləşməsi sayəsində ala bilib. Russell adanı almaq üçün istifadə etdiyi Kolorado kondisionerini sataraq 80 min dollar qazanıb.
 

İyul ayında Russell və Tomaszewska içərisində çarpayı, stol və stullardan ibarət böyük zəng formalı çadır qurublar. Onların paltarları, yeməkləri və digər əşyaları üçün kifayət qədər yer var. Kiçik bir qayıqla adaya ləvazimatları çatdırırlar. Onların planlarında növbəti adada daha uzun müddət qalmağa və daha böyük avadanlıq daşımağa imkan verəcək üzən dok qurmaqdır.


Bu qış ağacları budamağı da planlaşdırırlar.


Russell qeyd edib ki, Finlandiyada tikinti icazələri ilə bağlı qanunlar dəyişir. Bu, onlar üçün prosesi asanlaşdıracaq.
 

“Əgər bina 30 metr kvadratdan çox deyilsə, bütün sahil xətti və tikinti qaydalarına əməl olunarsa, icazə almağa ehtiyac yoxdur”.

 

Sauna hazır olduqdan sonra cütlük müasir şəraiti olan taxta ev tikməyə başlayacaqlar. Russell əlavə edib ki, o, evlərə daxili santexnika və günəş enerjisi ilə işləyən elektrik sistemi kimi müasir şərait əlavə etməyi planlaşdırır.


Aynil
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
sfera.az

1Mənbələr