AZ

Amerikalılar uşaq sahibi olmaq istəmirlər? - SORĞU

ABŞ-də yerləşən “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğuda yaşı 50-dən yuxarı olan 2542, yaşı 50-dən aşağı olan 770 insana uşaq sahibi olmaq istəyib-istəmədiyi soruşulub.  

"Cebheinfo.az" xəbər verir ki, iştirakçıların 47 faizi uşaq sahibi olmaq istəmədiyini bildirib.

2018-ci ildə ABŞ-də keçirilən sorğuda uşaq sahibi olmaq istəməyənlərin nisbəti 37 faiz, 2021-ci ildə isə 44 faiz olub.

Respondentlərin əksəriyyəti sadəcə olaraq, uşaq sahibi olmaq istəmədiklərini bildirsələr də, bəziləri “dünyada vəziyyətin uşaqlara qulluq etmək üçün uyğun olmadığını”, bəziləri isə “büdcəsinin uşaq sahibi olmaq üçün kifayət etmədiyini” bildirib. 

Qadınların 64 faizi uşaq sahibi olmaq istəmədiyini bildirsə də, kişilərdə bu nisbət yüzdə 50 olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
cebheinfo.az

5Mənbələr