AZ

Bu ölkədə böyüklərin 47 faizi uşaq sahibi olmaq istəmir

ABŞ-da aparılan araşdırmaya görə, ölkədə yaşayan böyüklərin 47 faizi uşaq sahibi olmaq istəmir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzi yetkin yaşa çatan şəxslərlə sorğu keçirib.
 
Sorğuda yaşı 50-dən yuxarı olan 2542 və 50 yaşdan aşağı 770 uşaq sahibi olmayan şəxsə uşaq sahibi olmaq istəyib-istəmədikləri soruşulub.
 
İştirakçıların 47 faizi uşaq sahibi olmaq istəmədiyini bildirib.

Respondentlərin əksəriyyəti sadəcə olaraq uşaq sahibi olmaq istəmədiklərini bildirsələr də, bəziləri dünyada vəziyyətin uşaqlara qulluq etmək üçün uyğun olmadığını, digərləri isə büdcəsinin uşaq sahibi olmaq üçün kifayət etmədiyini bildirib.
 
Qadınların 64 faizi uşaq sahibi olmaq istəmədiyini bildirərkən, kişilərdə bu nisbət 50 faiz olub.
 
Qeyd edək ki, 2018-ci ildə ABŞ-da keçirilən sorğuda uşaq sahibi olmaq istəməyənlərin nisbəti 37 faiz, 2021-ci ildə isə 44 faiz olub.
 
Oksana
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
azxeber.com

5Mənbələr