AZ

İmişlidə yanacaq daşıyan maşın aşıb, xəsarət alanlar var

İmişli, 25 iyul , Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində idarəetmədən çıxan yanacaq daşıyan maşın aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan maşın dairəvi yola daxil olan zaman idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yolda təhlükəsizlik təmin olunub. Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
28
azertag.az

10Mənbələr