AZ

Azərbaycanda hər adama neçə minik avtomobili düşür? – STATİSTİKA

2023-cü ilin yekunlarına görə, Azərbaycanda 1 423 305 ədəd şəxsi minik avtomobili qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin yekunlarına görə, ölkədə hər 100 ev təsərrüfatına 62 şəxsi minik avtomobili düşüb.

Rəsmi statistikaya görə, ötən il ölkədə minik avtomobillərinin sayı 1 501 957 ədəd olub. Bu, hər 1000 nəfərə 148 minik avtomobilinin düşməsi deməkdir.

Statistikası açıqlanan minik avtomobillərinin 664 152-sinin yaşı 20 ili ötüb.

603 512 ədəd minik avtomobilinin yaşı 10 ildən 20 ilədəkdir.

152 484 ədəd minik avtomobilinin yaşı 5 ildən 10 ilədək, 81 809 ədəd minik avtomobilinin yaşı isə 5 ilədəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4
nocomment.az

10Mənbələr