AZ

Ötən il dünyada ən çox minik avtomobili istehsal edən ölkələr

2023-cü ildə dünya üzrə ən çox minik avtomobili istehsal edən ölkələrin siyahısı açıqlanıb.

Valyuta.az xəbər verir ki, İqtisadiyyat.az bu barədə dünya statistikasının materialları əsasında araşdırma aparıb.

Məlumata görə, ötən il Çin minik avtomobillərinin istehsalına görə lider olub. Belə ki, ölkə bu dövrdə təxminən 26,1 milyon ədəd avtomobil istehsal edib. Siyahıda ikinci yerdə 7,8 milyon avtomobil istehsalı ilə Yaponiya qərarlaşıb.

Dünyanın ən böyük minik avtomobil istehsalçıları siyahısını Yaponiya, Almaniya, Hindistan və Cənubi Koreya tamamlayıb. Aparıcı avtomobil istehsalçıları arasında Almaniyanın "Volkswagen Group" və Yaponiyanın "Toyota Motor Corporation" şirkətləri var.

Dünyada ən çox minik avtomobili istehsal edən ölkələr isə bunlardır:

Ölkə Avtomobil istehsalı
Çin 26,2 milyon ədəd
Yaponiya 7,77 milyon ədəd
Hindistan 4,78 milyon ədəd
Almaniya 4,11 milyon ədəd
Cənubi Koreya 3,1 milyon ədəd
İspaniya 1,91 milyon ədəd
Brazilya 1,78 milyon ədəd
ABŞ 1,75 milyon ədəd
Çexiya 1,4 milyon ədəd
İndoneziya 1,18 milyon ədəd

Qeyd edək ki, 2023-сü ildə Azərbaycanda 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
valyuta.az

10Mənbələr