AZ

Efiopiyanın cənubunda torpaq sürüşməsində ölənlərin sayı 229-a çatıb

Bakı, TurkicWorld

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, Efiopiya Qızıl Xaç Cəmiyyəti, qonşu rayon və zonaların mütəxəssisləri hadisə yerində zərərçəkənlərə kömək edirlər.

Qeyd edək ki, torpaq sürüşməsi bazar ertəsi yerli vaxtla səhər saat 10 radələrində Efiopiyanın cənubundakı Geze Qofa rayonunda baş verib.

Ölənlər arasında uşaqlar da var. Xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.

Xatırladaq ki, Efiopiyada hər il iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaq sürüşmələrinə səbəb olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
turkic.world

7Mənbələr