AZ

Efiopiyanın cənubunda torpaq sürüşməsi: ölənlərin sayı 229-a çatıb

Bakı. Trend:

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərinsayı 229-a çatıb.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, Efiopiya Qızıl Xaç Cəmiyyəti, qonşu rayonvə zonaların mütəxəssisləri hadisə yerində zərərçəkənlərə köməkedirlər.

Qeyd edək ki, torpaq sürüşməsi bazar ertəsi yerli vaxtla səhərsaat 10 radələrində Efiopiyanın cənubundakı Geze Qofa rayonunda başverib.

Ölənlər arasında uşaqlar da var. Xilasetmə işləri davam etdiyiüçün ölənlərin sayının artacağı ehtimal olunur.

Xatırladaq ki, Efiopiyada hər il iyul ayında başlayan vəsentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaqsürüşmələrinə səbəb olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
az.trend.az

7Mənbələr