AZ

Olimpiada iştirakçıları Parisdəki yaşayış şəraitindən narazıdırlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən narazılıqlarını bildiriblər.
Oxu.Az "Le Figaro"ya istinadən məlumat verir ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər.
"Bu, zarafat deyil, gördüyünüz kimi, olimpiya çarpayısı kartondandır", - fransalı cüdoçu Jülyen Bryular deyib. Onun sözlərini avstraliyalı su polosuçusu Matilda Körns də təsdiqləyib.
Vurğulanıb ki, karton çarpayılar idmançılar üçün sürpriz olmayıb, çünki 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında onlardan artıq istifadə olunub. Amma o zaman da bu addım tənqid olunmuşdu. Builki Olimpiada üçün isə təşkilatçılar Yaponiyanın "Airweave" şirkətindən 16 min belə çarpayı sifariş ediblər.
Məlumata görə, idmançılar yeməklərdən, qonaq otaqlarında televizorun olmamasından və digər məqamlardan da narazıdırlar. Bunu amerikalı gimnast Aleya Finneqan, onun belçikalı həmkarı Mellis Brassart və yeni zelandiyalı üzgüçü Lyuis Klerbert təsdiqləyib.
Xatırladaq ki, Paris olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
oxu.az

10Mənbələr