AZ

Futbol tarixinin ən uğursuz futbolçusu: Harri Keyn hələ də kubok qazana bilmir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərəli hücumçu Harri Keyn futbolçu karyerasında hələ də çempionluq qazana bilmir.
Oxu.Az xəbər verir ki, İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn karyerasında çıxdığı bütün final görüşlərində (6 final görüşü) məğlub olub. 30 yaşlı forvardın hələ də kuboku yoxdur.
Belə ki, futbolçu 2015-ci il İngiltərə Liqa Kubokunun, 2019-cu il Çempionlar Liqasının, 2021-ci il İngiltərə Liqa Kubokunun, 2021-ci il Avropa çempionatının, 2023-cü il Almaniya Superkuboku və AVRO-2024-ün finalında məğlub olaraq futbol tarixinin ən uğursuz futbolçusuna çevrilib.
Qeyd edək ki, Harri Keyn dünənki final görüşünün 60-cı dəqiqəsində əvəzlənib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
oxu.az

10Mənbələr