AZ

ABŞ Məxfi Xidmətinin direktoru Trampa qarşı sui-qəsdə görə istefa verib

ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl istefa verib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, o, keçmiş prezident Donalt Trampa qarşı sui-qəsd hadisəsində xidmətin uğursuz fəaliyyətinə görə artan təzyiqlər fonunda bu addımı atıb.

"ABC News"un məlumatına görə, o, bu gün səhər saatlarında əməkdaşlara istefa verməsi ilə bağlı elektron məktub yollayıb.

Ötən gün, ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verib. O bildirib ki, Trampa qarşı sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi və o, həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çox sayda üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb.

Seçilən
98
3
sesqazeti.az

10Mənbələr