AZ

ABŞ Məxfi Xidmətinin direktoru Trampla bağlı ifadə verdi

ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verib.

Publika.az xəbər verir ki, o Trampa qarşı sui-qəsdi Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuzluğu sayıb. Kim Çitl həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

“Məxfi Xidmətin vacib missiyası xalqımızın liderlərini qorumaqdır. İyulun 13-də biz uğursuz olduq. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, - deyə o, Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadəsində deyib.

Seçilən
113
7
publika.az

10Mənbələr