AZ

Dmitri Peskov Cozep Borrelin bəyanatına münasibət bildirdi

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Avropa İttifaqının Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün istifadə etməsinə lazımi cavabı verəcəklərini açıqlayıb.

Dmitri Peskov Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avronun avqust ayında Ukraynaya göndəriləcəyinə dair açıqlamasını qiymətləndirib.

Sözügedən pulun təkcə oğurlanmadığını, həm də silah almaq üçün "zibilə atıldığını" vurğulayan Dmitri Peskov deyib: "Bundan pisini təsəvvür etmək çətindir. Təbii ki, hər halda buna cavabımız olacaq''.

Rusiyanın mümkün cavabları barədə məlumat verən Dmitri Peskov deyib: "Qərarların qəbulu və həyata keçirilməsində iştirak edənlər üçün hüquqi variantlar üzərində işləyəcəyik. Çünki bu, birbaşa beynəlxalq hüququn pozulmasıdır. Bu, mülkiyyət hüququnun tapdalanmasıdır''.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: "Biz dəfələrlə demişik ki, çox sərt reaksiya verəcəyik. Təbii ki, milli maraqlara uyğun hərəkət edəcəyik, lakin onlar bunu hiss edəcəklər və hesab edirəm ki, onlar (AB) bundan xəbərdardırlar". 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
trt.net.tr

10Mənbələr