AZ

Bu nömrəli avtomobillərin ölkəyə girişi qadağan edilir

İyulun 18-dən Litvada Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişi qadağan olunacaq. Onlar Avropa İttifaqına buraxılmayacaqlar.

Avtosfer.az xəbər verir ki, bu barədə “Qaynarinfo” Litva gömrük idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Aİ-yə giriş qadağası sahibinin və ya sürücüsünün vətəndaşlığından asılı olmayaraq minik avtomobillərinə şamil edilir”, - deyə məlumatda bildirilir.

Ölkəyə yalnız diplomatik nömrəli avtomobillər buraxılacaq. Artıq ölkədə olan avtomobillər 2025-ci il yanvarın 18-dək ölkəni tərk etməlidirlər, əks halda müsadirə olunacaq.

Bundan əlavə, səlahiyyətlilər satış üçün nəzərdə tutulmayan və etibarlı yaşayış icazəsi və ya vizası olan belaruslara məxsus avtomobillər üçün müvəqqəti istisna tətbiq edir. Onlara avqustun 16-dək giriş icazəsi veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
avtosfer.az

10Mənbələr