AZ

Rusiya ordusu Ukraynada daha 1220 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 1220 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 568 min 980 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 4 tank, 57 artilleriya sistemi və 20 zirehli döyüş maşınını məhv etmişdir.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
21
missiya.az

10Mənbələr