AZ

Rusiya ordusu Ukraynada daha 980 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 980 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 564 min 620 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 5 tank, 55 artilleriya sistemi və 19 zirehli döyüş maşınını məhv etmişdir.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
21
missiya.az

10Mənbələr