Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb, 4-ü üzrə cinayət işi başlanılıb.Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib.Onun sözlərinə görə, bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub:“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb".Baş prokuror K.Əliyev cinayətkarlığa qarşı mübarizədə prokuroruq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edib.Rubrika.az
Facebook-da paylaş
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta