AZ

Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaş beş aylıq Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Əsgərova məlumat verib.
O bildirib ki, övladı martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb:
"Biz Sabirabad rayonunda yaşayırıq. Fərid bir yaş beş aylıqdır. O, martın 10-da iməkləyərək çaydanı üzərinə aşırıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə alsaq da, imkanımız olmadığı üçün çıxmalı olduq".
Gənc ana övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu deyib:
"Fəridin hazırda mazlarını və dərmanlarını ala bilmirəm. İnanın, son bir neçə gündür, yaralarını açıb dəyişməyə bint belə yoxdur. Uşaq bütün gün ağlayır, yemək də yeyə bilmir ağrıdan. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 593-99-79.
"Kapital Bank": 4169 7388 6235 3815.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
oxu.az

10Mənbələr