AZ

Hans Flik "Barselona"da 10 illik göstəricini təkrarlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hans-Diter Flik "Barselona"dakı karyerasına üç qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, "Barselona" La Liqanın III turunda "Rayo Valekano"nu 2:1 hesabı ilə məğlub edib.
Bunadək kataloniyalılar "Valensiya" və "Atletik"i də eyni hesabla üstələyiblər. "Barselona"da keçirdiyi ilk üç matçda qələbə qazanan sonuncu baş məşqçi Luis Enrike olub.
O, 10 il əvvəl - 2014-cü ildə belə uğura imza atıb. 1988-ci ildən sonrakı müddətdə isə Yohan Kroyff, Karles Reşak və Tito Vilanova da buna nail olublar.
Qeyd edək ki, növbəti oyunda "Barselona" "Valyadolid"i qəbul edəcək. Bu görüş avqustun 31-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
49
oxu.az

10Mənbələr