AZ

"Xalq Bank"da qiymətli metal hesabı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xalq Bank" müştərilərə investisiya fəaliyyətini genişləndirmələri üçün fiziki olmayan qızıl və gümüşün əldə edilməsi və hesabda saxlanılması üzrə xidmətləri təklif edir. Bunun üçün "Xalq Bank"da qiymətli metal hesabı açmaq və hesaba mədaxil olunan pul vəsaitlərini bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişmək kifayətdir.
Hazırda qiymətli metal hesabı müxtəlif risklərdən qorunmaq üçün ən populyar və effektiv aktivlərdən sayılır. İstənilən vaxt hesabda olan metal qalığı Bankın daxili məzənnəsi ilə satılaraq yenidən pul vəsaitinə çevrilə bilər. Həmçinin, qiymətli metalın hesabda saxlanılması əlavə xərc yaratmır. Hesabın qalığı troy unsiyası ilə əks olunur. Qeyd edək ki, "Xalq Bank"da qiymətli metal hesabının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG troy unsiyası təşkil etməlidir.
Müştərilər xidmətdən yararlanmaq üçün "Xalq Bank"ın filiallarına müraciət edə bilərlər.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
49
oxu.az

10Mənbələr