AZ

Dronlar Rusiya hərbi aerodromuna hücum edib

İyulun 22-nə keçən gecə Rostov vilayətinin Morozovsk şəhərindəki hərbi aerodrom Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

 

Oxu24.com xəbər verir ki, yerli hakimiyyət orqanları hələlik hadisə ilə bağlı açıqlama verməyib.

 

Rusiya Müdafiə Nazirliyi Rostov vilayəti üzərində səmada 47 PUA-nı “məhv etdiyini və ya qarşısını aldığını” bildirir.

 

Ümumilikdə departamentin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri iyulun 22-nə keçən gecə 75 pilotsuz təyyarə ilə Rusiya ərazisinə hücum edib.

 

Rostov vilayətindən başqa Voronej, Belqorod və Smolensk vilayətləri üzərində bir pilotsuz təyyarə, Qara və Azov dənizləri üzərində isə daha 17 pilotsuz təyyarə vurulub.

 

Həmçinin bildirilir ki, Ukrayna pilotsuz təyyarələri ölkənin ən böyük onluğundan biri olan və Rusiyanın Qara dəniz sahilində yeganə neft emalı zavodu olan Tuapsedəki “Rosneft” neft emalı zavodunu vurub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
20
oxu24.com

10Mənbələr