AZ

Rusiya MN: Gecə boyu Ukraynaya məxsus 75 PUA vurulub, Qara dənizdə ekipajsız 7 kater məhv edilib

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 75 PUA-nı məhv edib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna ordusu gecə boyu Rusiyanın müxtəlif regionlarına təyyarə tipli PUA-larla hücum edib.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 75 PUA sıradan çıxarılıb.

Onlardan 26-sı Belqorod, 19-u Lipetsk, 7-si Kursk, 5-i Bryansk, 4-ü Voronej, 1-i Orlov, 5-i Krım, daha 8-i isə Qara dəniz səmasında zərərsizləşdirilib.

Bundan başqa, Qara dəniz akvatoriyasında Krım yarımadası istiqamətində hərəkət edən ekipajsız 7 kater məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
apa.az

10Mənbələr