AZ

“VMF” şirkətinin vəziyyəti - MƏLUM OLDU - HESABAT

 “VMF” şirkəti 2023-ü il üzrə maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbıər verir ki, ötən il “VMF” şirkətinin əsas əməliyyat gəlirləri 6 milyon 972 min manat, satışın maya dəyəri üzrə xərcləri 3 milyon 989 min manat olub. Beləliklə ümumi mənfəət 2 milyon 983 min manata bərabər olub.

Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 32,3 min manat, kommersiya xərcləri 62,1 min manat, inzibati xərcləri 2 milyon 233 min manat, sair əməliyyat xərcləri 240,8 min manat olub.

Şirkətin əməliyyat mənfəəti 479,2 min manat təşkil edib..

95,8 min manat mənfəət vergisi ödənişindən "VMF" şirkəti 2023-cü ili 383,4 min manat xalis mənfəətlə başa vurub.

2023-cü ilin sonuna “VMF” şirkətinin cəmi aktivləri 1 milyon 224 min manat 20,8% artaraq 7 milyon 98 min manat təşkil edib.

Öhdəlikləri 3 milyon 88 min manata bərabər olub ki, bu da illik müqayisədə 807 min manat (35,4%) artıb.

Balans kapitalı 4 milyon 9 min manat təşkil edib. Bu da illik müqayisədə 415 min manat və ya 11,5% çoxdur.

image

image

image

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
fed.az

10Mənbələr