AZ

İdman jurnalistləri arasında Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib

Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.

 90deqiqe.Az xəbər verir ki, 60-a yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan futbolunda izləri olan Qarabağ bölgəsini təmsil etmiş klubların adları verilib. Yekunda "Şuşa" komandası qalib, "Qarabağ" (Ağdam) ikinci, "Ərgünəş" (Füzuli) üçüncü olub.

"Şuşa" komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, eyni zamanda yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
10
90deqiqe.az

10Mənbələr