AZ

İdman jurnalistləri arasında intellektual turnir keçirilib

Bu gün Peşəkar Futbol Liqası və Mislinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə 60-a yaxın media nümayəndəsi iştirak edib.

Yarışda komandalara Azərbaycan futbolunda izləri olan Qarabağ bölgəsini təmsil etmiş klubların adları verilib. Yekunda "Şuşa" komandası qalib, "Qarabağ" (Ağdam) ikinci, "Ərgünəş" (Füzuli) üçüncü olub.

Qeyd edək ki, sonda "Şuşa" komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, eyni zamanda yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
10
apasport.az

10Mənbələr