AZ

Orban Ukrayna ilə bağlı gələcək addımlarını gizli saxlamaq qərarına gəlib

Sülh təşəbbüsü çərçivəsində Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək addımlar gizli saxlanılacaq və faktdan sonra təqdim olunacaq. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda məlumat verib.

“Macarıstanın sülh missiyasının əleyhdarları çoxdur, ona görə də növbəti addımın nə olacağını əvvəlcədən bilsəniz, çoxları buna qarşı çıxacaq. Ona görə də mən əvvəlcə nəsə edirəm, sonra bu barədə danışıram”, - Macarıstanın baş naziri bildirib.

Orbanın sözlərinə görə, Slovakiyanın baş naziri Robert Fiko və ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına sui-qəsdlər sülh partiyasına mənsub bütün siyasətçilərə qarşı yönəlib. O vurğulayıb ki, Ukraynada münaqişənin eskalasiyasının tərəfdarları onun həllinə mane olmaq üçün bütün yollardan istifadə edirlər.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
yeniazerbaycan.com

10Mənbələr