AZ

Danimarka millisi baş məşqçisiz qaldı

Kasper Yulmann baş məşqçisi olduğu Danimarka millisindən ayrılıb. 

Rekord.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının saytı məlumat yayıb.

Qeyd olunur ki, Morten Viqhorst yeni ilə qədər müvəqqəti olaraq Danimarka millisinin çalışdırıcısı olacaq.

Danimarka millisi 1/8 finalda Almaniya millisinə uduzaraq (0:2) AÇ-2024-lə vidalaşmışdı.

Yulmann 2020-ci ildən Danimarka yığmasına rəhbərlik edirdi.

Seçilən
39
7
rekord.az

8Mənbələr