AZ

AZAL Bakı-Düşənbə-Bakı aviabiletlərinin satışına başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb. AZAL Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.

Bakı və Düşənbə arasında aviareyslərin açılması Azərbaycan və Tacikistan arasında əlaqələrin möhkəmləndirilməsinə, eləcə də səyahət edənlərin rahatlığının və komfortunun təmin edilməsinə yönəldilib.

Aviabiletləri rəsmi “www.azal.az” saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
35
sia.az

10Mənbələr