AZ

AZAL Bakı-Düşənbə aviabiletlərinin satışına başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.
 
Bakıdan Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb.Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçiriləcək.

Bakı və Düşənbə arasında aviareyslərin açılması Azərbaycan və Tacikistan arasında əlaqələrin möhkəmləndirilməsinə, eləcə də səyahət edənlərin rahatlığının və komfortunun təmin edilməsinə yönəldilib.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
35
anews.az

10Mənbələr