AZ

Trampın ətrafında təhlükəsizlik gücləndirilib: Məxfi xidmət əməkdaşları onun qurultay iştirakçıları ilə təmaslarını məhdudlaşdırır

Respublikaçıların Milli Qurultayında vitse-prezidentliyə namizəd J.D. Vans öz oturacağına tərəf gedərkən qurultay iştirakçılarını salamlayır və onlarla əl sıxırdı. Bu görüntü az sonra qurultay zalına xüsusi xidmət agentləri tərəfindən əhatəyə alınmış Donald Trampın girişi ilə təzad təşkil edirdi.

Həyatına sui-qəsd cəhdindən sonra qulağı sarğılı Tramp iştirakçılarla əl sıxmaq əvəzinə yumruğunu bir neçə dəfə göyə qaldırmaqla onları salamladı.

Şənbə günü Pennsilvaniya ştatında silahlı şəxsin atəşinə məruz qaldıqdan sonar gücləndirilmiş təhlükəsizlik protokolu Tramp üçün yeni reallığa çevrilib. Belə ki, xüsusi xidmət orqanları baş vermis insidentin ardınca siyasi xaidmləri qorumaq praktikasına görə ciddi suallarla üzləşirlər.

Ölüm yaxud ciddi xəsarətdən bir neçə millimeter aralı qalan Trampın kampaniyası da yeni reallıqlarla ayaqlaşmaq məcburiyyətindədir.

Tramp kampaniyasının rəsmiləri intensivləşdirilmiş təhlükəsizlik tədbirlərini və bunun onun gələcək təmaslarına təsirini şərh etməkdən boyun qaçırıblar.

Tramp kampaniyasının sözçüsü Steven Çeunq sualların Birləşmiş Ştatlar Məxfi Xidmətinə yönəldilməli olduğunu, Daxili Təhlükəsizlik Naziri Alehandro Mayorkjas isə qorunmanın spesifik cəhətlərini müzakirə etməyəcəyini bildirib.

Çərşənbə axşamı iki ABŞ rəsmisinin dediyinə görə İrandan qaynaqlanan terror təhlükəsi ilə üzləşən Trampın təhlükəsizliyi bundan əvvəl də gücləndirilmişdi.

FBI və Daxili Təhlükəsizlik Nazirliyi “bu hücumun ardınca potensial sonrakı və intiqam hücumlarından” narahat olduqlarını bildiriblər.

Bu arada tapança ilə silahlanmış şəxs bazar ertəsi qurultay zalı Fiserv Forum yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hücumun ardınca təkcə Tramp yox, Prezident Co Baydenin ətrafında da təhlükəsizlik tədbirləri gücləndirilib. Müstəqil namizəd Robert F. Kennedy Jr. üçün də xüsusi xidmətin qorunma heyəti ayrılıb.

Öz növbəsində, Tramp kampaniyası Florida və paytaxt Vaşinqtondakı ofisləri ətrafında sutka boyu sillahlı təhlükəsizlik əməkdaşları yerləşdiriblər.

Trampın şənbə günü ilk dəfə olaraq vitse presidentliyə namizəd tərəfdaşı J.D. Vansla Miçiqan ştatının Grand Rapids şəhərində təşviqat mitinqinə qatılacağı gözlənilir.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
visiontv.az

10Mənbələr