AZ

"Trampın qələbəsini bütün dünya gözləyir" - Politoloq

ABŞ-da Respublikaçılar partiyası Donald Trampı yenidən prezidentliyə namizəd kimi təsdiqlədi. Keçmiş Prezidentin noyabr seçkilərində qalib gəlmək şansı ona olan sui-qəsd cəhdindən sonra xeyli artıb. Və bu da istər Amerikada demokratların tərəfində olan erməni diasporunu, istərsə də Ermənistan əhalisini həyacanlandırıb.

Maraqlıdır, Trampın ikinci dəfə Prezident seçilməsi hansı siyasi dəyişiklərə səbəb olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a siyasi-ekspert Elşad Mirbəşiroğlu açıqlama verdi.

Onun sözlərinə görə, Tramp barəsində cinayət işlərinin uzun zaman aparılması təsadüfi deyil:

"Donald Trampın prezident seçkilərində qələbə qazanmaq şansı kifayət qədər böyükdür. Bunu demokratlar da çox yaxşı dərk edirlər. Ona qarşı hüquq müstəvisində aparılan işlər kifayət qədər ciddi siyasi opponent olan Donald Trampı siyasi səhnədən uzaqlaşdırmağa hesablanıb."

Ekspert Trampın qələbəsinin gözlənilən və bunun dünya ölkələri üçün arzuolunan olduğunu bildirdi.

“Co Baydenin Amerika Birləşmiş Ştatlarına rəhbərliyi dövründə həm Amerikada daxili siyasi və sosial iqtisadi vəziyyətində, həm də bütövlükdə dünyanın siyasi mənzərəsində ciddi neqativ elementlər müşahidə olunurdu. Bu beynəlxalq təhlükəsizliyə çox ciddi təhdid yaratmaqdadır və bu gün də müxtəlif coğrafiyalarda münaqişələr davam etməkdədir. Bir çox ölkə Trampın qazanmağını istəyir. Ona qarşı təşkil edilən sui qəsd də onun elektoral bazasını daha da genişləndirdi.”

E.Mirbəşiroğlu vurğuladı ki, Trampın namizədliyi erməniləri ciddi narahat etdir.

"Biz Baydenin hakimiyyəti dövründə, xüsusilə də torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizə qarşı sistemli şəkildə qərəzli siyasi hücumların formalaşdırılmasını gördük. ABŞ Konqresində Azərbaycanla bağlı qərəzli mövqe nümayiş olundu. Baydenin Azərbaycana qarşı əsassız ittihamları, aydın göstərirdi ki, ermənilərə aşkar dəstək mövcuddur. Bunlarla yanaşı son zamanrlar Ermənistanla ABŞ arasında xüsusi hərbi sahədə təhlükəsizlik sahəsində əməkdaşlıq çox genişlənib. Ermənistan Amerika Birləşmiş Ştatlarının geosiyasi mübarizəsinin bir aləti rolunda çıxış edir. Bunun müqabilində isə ABŞ Ermənistana hərtərəfli, eyni zamanda hərbi dəstək niyyətini ortaya qoyub. Böyük ehtimal Trampın iqtidarı dövründə biz bunu müşahidə etməyəcəyik. Bu baxımdan Trampın prezident seçiləcəyi Ermənistanda çox ciddi narahatlıq yaratmaqdadır."

Qeyd edək ki, D.Trampın noyabrın 4-də keçiriləcək prezident seçkilərində rəqibi Co Bayden olacaq.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
redaktor.az

10Mənbələr